Friday, January 17, 2014

Çoxbucaqlılar






Çoxbucaqlı — qapalı sınıq xətt kimi təyin olunan həndəsi fiqur. Onun 3 müxtəlif tərifi mövcuddur:
Qapalı müstəvi sınıq xətt;
Öz-özünü kəsməyən qapalı müstəvi sınıq xətt;
Sınıq xətlə əhatələnmiş müstəvi hissəsi.

Çoxbucaqlını əmələ gətirən sınıq xəttin təpə nöqtələri çoxbucaqlının təpə nöqtələri, parçalar isə çoxbucaqlının tərəfləri adlanır.
Çoxbucaqlının bir tərəfinin uc nöqtələri qonşu təpə nöqtələri adlanır.
Qonşu olmayan təpə nöqtələrinin birləşdirən parça çoxbucaqlının diaqonalı adlanır.

tam ədədlər


Faiz nədir









Faiz — Ədədin yüzdə bir hissəsi; "%" ilə işarə olunur. Riyaziyyatın mühüm anlayışlarından biridir.
Ədədin faizini tapmaq üçün onu 100%-ə bölüb, verilən faizə vurmaq lazımdır.
Faizə görə ədədi tapmaq üçün alınmış ədədi 100%-ə vurub, verilən faizə bölmək lazımdır.
Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb, 100%-ə vurmaq lazımdır.
Onluq kəsri faizlə ifadə etmək üçün onu 100%-ə vururlar:

0,35 = 0,35 • 100% = 35%; 2,3 = 2,3 • 100% = 230% və s.
Faizi onluq kəsrlə və ya ədədlə ifadə etmək üçün onu 100%-ə bölmək lazımdır. Məsələn:

5 = 5 : 100% = 0,05%;

2,7 = 2,7 : 100% = 0,027%;

6700 = 6700 : 100% = 67%