Friday, January 17, 2014

Çoxbucaqlılar






Çoxbucaqlı — qapalı sınıq xətt kimi təyin olunan həndəsi fiqur. Onun 3 müxtəlif tərifi mövcuddur:
Qapalı müstəvi sınıq xətt;
Öz-özünü kəsməyən qapalı müstəvi sınıq xətt;
Sınıq xətlə əhatələnmiş müstəvi hissəsi.

Çoxbucaqlını əmələ gətirən sınıq xəttin təpə nöqtələri çoxbucaqlının təpə nöqtələri, parçalar isə çoxbucaqlının tərəfləri adlanır.
Çoxbucaqlının bir tərəfinin uc nöqtələri qonşu təpə nöqtələri adlanır.
Qonşu olmayan təpə nöqtələrinin birləşdirən parça çoxbucaqlının diaqonalı adlanır.

No comments:

Post a Comment